Növbədənkənar prezident seçkilərinin səbəbləri-Kazım Kazımov açıqlayır

Bölmə: Siyasət › ,
Tarix: 23:07 18.12.2023

Bildiyimiz kimi Azərbaycan Respublikasında 2024-cü il fevralın 7-si prezident seçkiləri keçiriləcək. Bu seçkilərin keçirilməsindəki səbəbləri analitik jurnalist Kazım Kazımov informator.az-a belə açıqlayıb:

 

"2024-cü ildə keçiriləcək prezident seçkilərinin növbədənkənar keçirilməsinin bir çox daxili və xarici səbəbləri var".

 

 

Kazım Kazımov qeyd edir ki, daxili səbəblər kimi Azərbaycan Respublikası 1991-ci ildən bu yana ilk dəfədir ki, bütün ərazilərində səsvermə yolu ilə prezident seçkiləri keçirəcəkdir.

 

"Bundan əvvəl Ermənistanın Dağlıq Qarabağ bölgəsini işğal etməsi nəticəsində Azərbaycan bütün ərazilərində seçkilər keçirə bilmədi. Bu seçkilərin özü həmdə çox böyük simvolik bir addımdır".

 

Jurnalist eyni zamanda qeyd edir ki, ikinci daxili səbəb kimidə Qarabağ probleminin aradan qaldırılması ilə Azərbaycan xalqında yeni işlərdə, yeni məsələlərdə bir ruhlanma müşahidə olunur.

 

"Düşünürəm ki Bu işləri yeni keçirilən seçkilərlə qalib gələn iqtidarla etmək Azərbaycan xalqı üçün daha asan olacaq".

 

Kazım Kazımov əlavə edir ki, xarici səbəblərə gəldikdə isə bu seçkilər bir sıra anti-zərbaycan qüvvələrin Azərbaycana qarşı qarayaxma kampaniyalarına bir cavabı və indiki iqtidarın Azərbaycan xalqında necə bir nüfuzu olduğunun sübutu olacaq".

 

Şərhçi seçki ilə bağlı proqnozlarını söyləyib:

 

"Mən Cənab İlham Əliyevin bu seçkilərdə yenə qalib gələciyini düşünürəm. Arzu edirəm ki, bu seçkilər Azərbaycan xalqı üçün xeyirli və uğurlu olacaq".

 

Yusif Mamedov