Həmas-İsrail münaqişəsi

Bölmə: Siyasət › ,
Tarix: 23:20 18.12.2023

2023-cü ilin 7 oktyabr tarixində başlayan, uzun müddətdir ki, gündəmimizi zəbt edən Həmas-İsrail müharibəsinin kökündə nə dayanır?

 

Həmasın başçılıq etdiyi fələstinli silahlı qrupların Qəzza zolağından İsrailə qarşı başladılmış genişmiqyaslı hücum əməliyyatları dünyanı siyasi xaosa sürükləyir. İsrail uzun müddətdir ki, Qəzza zolağını hərbi, iqtisadi blokadaya salıb. Həmas silahlıların hücumlarından sonra İsrail tərəfi Qəzza bölgəsində işıq, su xətləri sıradan çıxarıb və içəri heç bir humanitar yardım buraxmır. Netanyahu hökuməti Həmas hücumunu bəhanə edərək Qəzza bölgəsində tam hakimiyyətə nail olmaq istəyir. 

 

Amerika və Avropa ölkələrinin İsraili dəstəkləməsi bu məsələdə İsraili regionda həlledici mövqedə saxlayır və İsrail Livan, Suriya kimi ölkələridə bombalamaqdan çəkinmir. Lakin İran, Rusiya, Çin kimi dövlətlərin Həmas qruplaşması və ərəb dövlətlərinə olan dəstəyi qüvvələr arasında müəyyən qədər tarazlıq yaradır.

 

Müharibə heç şübhəsiz ki, xarici dövlətlərin bölgədə maraqları olduğu üçün bitmək bilmir. Müharibədə hər iki tərəf də ağır itkilər verir və müharibə davam etdikcə itkilər də qatlanaraq artır.

 

Proqnozlara görə, müharibə davam edəsi olsa, dünya siyasəti 2 yerə parçalanacaq və bu parçalanma irəlidə daha böyük müharibələrə səbəb olacaqdır. 

 

Yusif Mamedov