Yaxın Şərqdə müharibə getdikcə alovlanır-Elşad Həsənov

Bölmə: Siyasət › ,
Tarix: 11:10 21.12.2023

"Yaxın Şərqdə müharibə getdikcə alovlanır. Artıq Fələstinlilərdən ölənlərin sayı 20.000 nəfərə yaxınlaşır və humanitar faciələr davam edir. Qəzza zolağında ərzaq qıtlığı,su çatışmır,dərman vasitələri çatışmır.Və bu haqda artıq bu gün ABŞ-ın dövlət katibinin sözçüsü Metyu Miller də öz çıxışında bildirdiki, yeni əlavə humanitar yardım göndərilməlidir. Göndərilənlər azlıq edir".- Bu sözləri politoloq Elşad Həsənov informator.az-a açıqlamasında bildirib.

 

Politoloq deyir ki, ancaq digər tərəfdəndə, Husilər Qırmızı dənizdə, Süveyş kanalında,Yəmənin şimalında olan Dəniz quldurları, böyük qüvvədirlər".

 

"Uzun illərdir, 30 ildən artıqdır ki, bu qüvvələr orada var. Ora əsasən təhsili olmayan, asan yolla varlanmaq istəyən adamlar toplaşıblar və dənizdən keçən gəmiləri tuturlar, pul alırlar və yaxud oradakı gəmiləri tutub dağıdırlar. Oradakı malları mənimsəyirlər. Artıq son dövrlərdə, Fələstinə göndərilən humanitar yardımın, yaxud İsrailə göndərilən gəmiləri ələ keçirirlər, buda sözün həqiqi mənasında böyük faciələrə səbəb ola bilir. Çətinliklər, problemlər yaradır".

 

 

Elşad Həsənov qeyd edir ki, ona görədə ABŞ həmin əraziyə özünün böyük hərbi gəmilərini göndərib və təbii ki bunun qarşısı alınmalıdır.

 

"Bunun üçün ABŞ dövləti BƏƏ və Səudiyyə Ərəbistanı ilə danışıqlar aparırlar. Onların da Səudiyyə Ərəbistan ilə BƏƏ-nin Yəmənlə münasibəti fərqlidir".

 

Şərhçi onu da qeyd edir ki, hər halda bu məsələ mütləq həll edilməlidir.

 

"Çünki, artıq Tayvan və digər dövlətlər qərara gəliblər ki, Qırmızı dənizə, Süveyş kanalına keçmək həddən artıq qorxuludur. Və buna görə də onlar ayrı marşrut, ayrı xətt seçiblər ki, bu xətdə Afrikanı dolanmaqla yükləri çatdırmaqdır. Bu isə əlavə Avropadan, Hollandiyadan Sinqapura məsələn,15.000 kilometr idisə, yeni marşrut ilə 5000 kilometr əlavə dəniz yolu edir. Bu böyük xərcdir, həm yanacaqdır, həm də gəminin sərf etdiyi vaxt itkisidir. Eyni zamanda həmin daşınan yüklərin qiyməti artacaq, bu isə böyük problemlər yaradır. Ona görə də bu haqda bu qərara gəlinməlidir".

 

Politoloq əlavə edir ki, ABŞ bunun qarşısını almaq üçün də hal -hazırda məsləhətləşmələr aparılır ki, həmin sahələrə onlar qoşun çıxarsınlar və yaxud da raket hücumları ilə onların silah anbarlarını, müəyyən hissələri sıradan çıxarsınlar. 

 

"Çox güman ki, ilk növbədə onlara, həmin onların yerləşdiyi böyük yerlərə raket zərbələri endiriləcək.Və onların xeyli gücləri artacaq. Həmin Qırmızı dənizdən,Süveyş kanalından keçən bu gəmilərin, konteyner daşımalarının yüklərinin 40%-i ordan keçir. Əgər o yoldan imtina edilsə, bu Misirə çox böyük maddi ziyan vuracaq, Misir dövlətinin iqtisadiyyatı zəifləyəcək eyni zamanda həmdə İordaniyada da problemlər yaranacaq. Ona görə də hal hazırda danışıqlar gedir".

 

Elşad Həsənov eyni zamanda deyir ki, bir neçə gəminin xilas edilməsi üçün ABŞ hərbi gəmiləri bu işlərə qoşuldu, bir neçə gəmini azad etdilər.

 

Politoloqun sözlərinə görə, Yəmənin şimalında olan Hussilər böyük ordu yaradıblar və əsasəndə orada həmin adamların əksəriyyəti narkotik vasitələri qəbul edirlər.

 

"Onlar üçün həyatlarının elə bir əhəmiyyəti yoxdur. Onlar ölümün gözünə dik baxan dəniz quldurlarıdır. Bu quldurlar isə məhv edilməlidir. XXI əsrdə bu quldurların olması qəbul edilməzdir". 

 

Şərhçi onu da əlavə edir ki, İsrail də dəniz quldurlarının qarşısının alınması üçün Amerikadan yardım istəyib, Amerikada bu əməliyyatlara başlamaq üçün məsləhətləşmələr aparır bunu da yaxın zamanlarda edəcək.

 

"Ona görə də bu yenidən Yaxın şərqdə müharibənin genişlənməsinə gətirib çıxarır. Belə gedərsə ola bilsin ki, Yəmənə Hussilərin yerləşdiyi yerlərə raket hücumları edilərsə, çox güman ki, onlar da bunun müqabilində BƏƏ-ni raket atəşinə tutacaqlar.Çünki onlar əvvəllər bir neçə dəfə BƏƏ-ni təhdid etmişdir. Və onların neft çıxarılan sahələrini raket atəşi ilə məhv edəcəklərini bildirmişdilər. Ona görədə bu başlasa, vəziyyət daha da gərginləşəcək, Yaxın Şərq od tutub yanacaq".

 

Politoloq vurğulayır ki, artıq Amerika "rifah keşikçisi" əməliyyatına başlayıb.

 

"Yəmənin, terroristlərin rəsmi nümayəndəsi Ənsə-Allah hərəkatının rəsmi nümayəndəsi bildirib ki, biz də azı 12 saatdan bir İsrailə gələn gəmilərə hücum edəcəyik".

 

Elşad Həsənov son olaraq qeyd edir ki, hər iki tərəfin əlində böyük güc var.

 

"Yəmənin dəniz piratları, Amerikanın dəniz qüvvələri artıq əməliyyata başlayıb. Çox güman ki, bu məsələlər qarşısı alınmasa, daha da genişlənəcək",-deyə şərhçi yekunlaşdırıb.

 

Tehran Yusifli