Qarabağda davam edən quruculuq işləri-Deputatdan AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 12:49 21.12.2023
2020-ci ildə işğaldan azad olunan ərazilərimizin bərpası istiqamətində quruculuq işləri davam edir, əhalinin yaşamının təmin edilməsic 30 il işğalda qalan torpaqlarımızın canlanması üçün şərait yaradılır.
Milli Məclisin üzvü Rüfət Quliyev Qarabağda davam edən quruculuq tədbirləri ilə bağlı informator.az - a açıqlama edib.
Deputat qeyd edib ki, Qarabağda rayon arası yollar, enerji, qaz, su təminatı kimi layihələr həyata keçirilir, keçirilməyə davam edəcək.
" Bildiyimiz kimi, orada çaylar var, o çaylarda xüsusi elektrik stansiyaları qurulur, bu böyük işdir. Zavodlar, fabriklər, kənd təsərrüfatı, heyvandarlıq üçün yerlər yaradılır.
Həmçinin " Böyük Qayıdış" üçün həm evlər tikilir, həm də insanların qayıdışdan sonra sahibkarlıqla məşğul olmaqları üçün iş yerləri tikilir, şərait yaradılır".
Millət vəkilinin sözlərinə görə, Qarabağda " Yaşıl Enerji " zonası üçün danışıqlar gedir.
" Ümumiyyətlə, "ağıllı kənd", "ağıllı şəhər " kimi layihələr həyata keçirilir".
Rüfət Quliyev sonda əlavə edib ki, Qarabağdakı quruculuq işlərinə büdcədən kifayət qədər vəsait ayrılıb.
Nəzrin Mirzəyeva