Dünya bazarında neftin qiyməti 25 dollara qədər enə bilər-Açıqlama

Bölmə: İqtisadiyyat › ,
Tarix: 15:09 20.01.2015

Dünya bazarında neftin qiyməti bir barelə görə 25 dollara qədər enə bilər. Bu barədə İranın neft sənayesi naziri Bidcan Zengane məlumat verib. Nazirin fikrincə, OPEC neftin qiymətlərini “dəstəkləmək iqtidarında deyil”.

Qeyd edək ki, bir qədər əvvəl yayılan məlumata görə “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov neftin qiymətinin 25 dollara qədər düşəcəyini proqnozlaşdırıb.