Agentura şəbəkələrin olması dövlətin təhlükəsizliyinə ciddi təhdid yaradır-Politoloq açıqladı
Bölmə: Siyasət › ,Tarix: 20:46 22.12.2023
Fransanın ölkəmizdəki agentura şəbəkəsi ifşa olundu. Bundan əvvəl İrana məxsus agentura ifşa olunmuşdu. Maraqlıdır ki, bu şəbəkələrin ifşa olunması gedişatlara necə təsir göstərəcək? Mövzu ilə bağlı politoloq Oqtay Qasımov İnformator.az ilə fikirlərini bölüşüb.
Oqtay Qasımovun fikirlərinə görə, son bir ildən artıq müddətdə Azərbaycanda bir çox ölkələrin cəsus şəbəkələri ifşa olunub.
"Bunların arasında Fransa da var. Bundan əvvəl İranın agentura şəbəkəsi ifşa olunaraq zərərsizləşdirilib. Son dövrlər müəyyən qərb dairələri ilə əlaqədar Fransaya bağlı şəbəkə aşkarlandı".
Politoloq qeyd edir ki, Azərbaycan təhlükəsizlik orqanları bu istiqamətdə fəaliyyətləri davam etdirəcəklər.
"Çünki hər bir ölkənin daxilində bu cür agentura şəbəkələri olması dövlətin milli təhlükəsizliyinə ciddi təhdid ünsürü yaradır. Həmin şəbəkələr vasitəsi ilə dövlətlərin siyasətinə və onun daxili proseslərinə təsir etmək planlanır".
Fatimə Mustafayeva