Turan birliyi qurula bilərmi?
Bölmə: Siyasət › ,Tarix: 20:08 25.12.2023
"Turan"-Türk dövlətlərinin birliyini təşkilini düşünən bir qavramdır. Bunun tarixinə nəzər salsaq görərik ki, vahid dövlətdə birləşmək tarix boyu bütün türklərin xəyalı olub. Bu yolda neçə-neçə türk hökmdar bir-biri ilə savaşıb, bir-birinin qanını töküb.Turan yolunda ən ciddi addım atanlardan biri olan Əmir Teymur öz ölkəsini "Turan", özünü isə "Əmir" adlandırıb.
Müasir dövrdə Türk Birliyinin qurulması haqqında iki əsas fikir mövcuddur:
1.Müstəqil və qeyri-müstəqil Türk dövlətlərinin bir dövlət altında birləşdirilməsi.
2.Avropa Birliyinə bənzəyən bir Türk birliyinin qurulması.
Dövrümüz dünya siyasətinə baxdıqda 1-ci variantın baş vermə ehtimalı çox aşağıdır. Lakin Avropa Birliyinə bənzəyən bir Türk birliyinin qurulması yaxın tarixdə mümkün olacaq bir hadisə kimi görünür. Hətta bu yolda bir neçə addım belə atılıb. Bunlara: Türk Şurasının yaradılması, Ortaq əlifbanın qəbulu kimi nümunələr göstərmək olar. Azərbaycanda turançılıq fikrinin banislərindən olan Əbülfəz Elçibəydə Avropa birliyi nümunəsində bir Türk Dövlətləri Birliyinin qurulmasının tərəfdarı olub. Politoloqlara görə Azərbaycan Turanın qurulmasında ən vacib rola malik olan dövlətdir.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında mühüm rola malik olan Ənvər Paşa 1918-ci ildə Nuru paşanı Azərbaycana yardıma göndərərkən ona bu sözləri deyib:
"Sənə Qafqaz İslam Ordusunu qurmaq əmrini verirəm Nuru. Bu ordu qardaşlarımızın qurduğu yeni dövlətin təməlidir. Sənin vəzifə borcun Azərbaycan dövlətinin sərhədlərini müəyyən etdikdən sonra, oranı silahla müdafiə etməkdir. Bu dövlət Turanın təməli, yeni "Türk Fikrinin" coğrafiyasıdır".
Yusif Mamedov