İsrail: Qəzza demilitarizasiya edilməli və müvəqqəti təhlükəsiz zona yaradılmalıdır
Bölmə: Siyasət › ,Tarix: 22:50 26.12.2023
İsrail Baş nazirliyinin sözçüsü Ofir Gendelman bildirib ki, Qəzza tərksilah edilməli və İsrailin cənubunda paralel müvəqqəti təhlükəsiz zona yaradılmalıdır.
Gendelman onlayn mətbuat konfransında bildirib ki, Misir və Qəzza zolağı sərhədində silah qaçaqmalçılığının qarşısını almaq üçün yoxlama mexanizmi yaradılacaq.
Qəzzanın tərksilah edilməsinin və İsrailin cənubunda Qəzzaya paralel müvəqqəti təhlükəsiz bölgənin yaradılmasının lazım olduğunu bildirən Gendelman Ramallahdakı Fələstin rəhbərliyinin Qəzzanı tərksilah etməsini gözləməyin aldanma olacağını bildirib.
Fələstin Rəhbərliyinin İordan çayının qərb sahilində İsrailə qarşı terroru dəstəklədiyini və fələstinli uşaqları İsraili məhv etmək ideologiyası ilə böyütdüyünü iddia edən Gendelman İsrailin Qəzza zolağına hücumlarından sonrakı dövrlə bağlı bunları deyib:
“Yaxın gələcəkdə İsrail Qəzza zolağında təhlükəsizlik məsuliyyətini öz üzərinə götürəcək, Fələstin cəmiyyətindən istəyirlər. terrorçulara deyil, terrora qarşı mübarizəni dəstəkləyin və bunun üçün onlar cəsarətli olmalıdırlar."
O, "Mənəvi Fələstin rəhbərliyi formalaşdırılmalıdır" fikrini bölüşüb.
Mənbə: Habertürk
Tərcümə: Sevinc Yarməmmədova