31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün maraqlı tarixi

Bölmə: Araşdırma › ,
Tarix: 22:52 29.12.2023

19-cu əsrdə Azərbaycan Gülüstan və Türkmənçay müqavilələri ilə Qacarlar və Rusiya imperiyası arasında bölüşdürüldü. Bu müqavilələrlə Azərbaycan xalqı yüzillər boyu bir-birindən ayrı qalmağa məcbur oldu.

 

Nəhayət ki, həmvətənlərimiz 1989-cu il dekabrın sonlarında, Naxçıvanda SSR-İran sərhədlərini sökərək uzun illər boyu davam edən bu qardaş həsrətinə son qoyur. Həmvətənlərimiz hər iki dövlətin də ciddi təzyiqlərinə baxmayaraq tikanli məftilləri qırıb, özlərinə Arazın soyuq sularına ataraq bir-birlərinə qovuşurlar.

 

Bu hadisələr baş verən zaman İstanbulda Türkdilli Xalqların Konfransı keçirilirdi. Hadisədən xəbər tutan konfrans iştirakçıları hadisənin baş verdiyi günü 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunmasına qərar verir. 

 

1991-ci ilin 16 dekabırında Heydər Əliyev dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edir.

 

Son 3 ildir ki, dünya azərbaycanlıları bu bayram gününü xüsusi bir sevinc və həmrəylik içərisində keçirirlər. Çünki uzun illərdən sonra azərbaycanlılar öz ərazi bütövlüyünü bərpa edərək birliyini bütün dünyaya sübut etdi. 

 

Bayramınız mübarək!

 

Yusif Mamedov