Bakıdan ermənilərə zərbə

Bölmə: İqtisadiyyat › ,
Tarix: 16:57 20.01.2015

Azərbaycan Respublikasının Qırğızıstandakı səfirliyinin müdaxiləsi nəticəsində “O!” ticarət markası adı altında Qırğızıstanda fəaliyyət göstərən “Nur Telecom” şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom” şirkəti ilə rouminq razılaşması dayandırılıb. 

Məlumata görə, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlama verib. 

O, qeyd edib ki, “Nur Telecom” şirkəti tərəfindən Azərbaycan Respublikasının Qırğızıstandakı səfirliyinə 20 yanvar 2015-ci il tarixində məktub ünvanlanıb. Məktubda şirkətin internet saytında verilmiş düzgün olmayan məlumata görə təəssüf ifadə olunur və bunun aradan qaldırılması üçün 19 yanvar 2015-ci il tarixində şirkət tərəfindən təxirəsalınmaz tədbirlərin görüldüyü bildirilir.

"Bu məsələdə fəal vətəndaş mövqeyi nümayiş etdirmiş Azərbaycan Respublikasının vətəndaşı Azayev Vüsal Samidağa oğluna da öz təşəkkürümüzü bildiririk.
Azərbaycan Respublikasının Qırğızıstandakı Səfirliyinin müdaxiləsi nəticəsində 2013-cü ildə Qırğızıstanda fəaliyyət göstərən Megacom və BİTEL mobil operatorlarının da Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom” şirkəti ilə rouminq razılaşmaları dayandırılıb".

 

anspress