Sumqayıtda kollecdə yanğın baş verib-AÇIQLAMA

Bölmə: Hadisə › ,
Tarix: 00:49 18.01.2024

Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin ikimərtəbəli köməkçi binasının məcburi köçkünlər yaşayan hissəsində yanğın baş verib.

İnformator.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat verib.


Məlumatda bildirilir ki, FHN-in yanğınsöndürmə briqadası dərhal hadisə yerinə cəlb olunub.
Hadisə zamanı xəsarət alan olmayıb. Sumqayıt Dövlət Universitetinin rektoru, kollecin rəhbərliyi hadisə yerinə gəliblər.

 

Qeyd edək ki, binanın yanğın baş verən hissəsində tələbələr yaşamırlar.

 

Nəzrin Mirzəyeva