Gəncədə məktəbin önündə bıçaqlanan şagirdlə bağlı DİN-dən açıqlama

Bölmə: Hadisə › ,
Tarix: 16:02 23.01.2024

Yanvarın 23-də səhər saatlarında kənar şəxs Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimovu məktəbin önündə bıçaqlayıb.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata əsasən, şagird dərhal xəstəxanaya çatdırılsa da, vəfat edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin ( DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov informator.az- a açıqlama edib.

 

Açıqlamada bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2007-ci il təvəllüdlü R. Rəhimovun kəsici-deşici alətlə xəsarət alması və həmin xəsarətdən ölməsi barədə məlumat daxil olub.

 

"Məlumat ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F. Şabanov saxlanılaraq istintaqa təqdim edilib. Faktla bağlı araşdırmalar davam etdirilir".

 

Nəzrin Mirzəyeva