Dərmansız təzyiqi aşağı salmağın 7 qızıl qaydası!
Bölmə: Araşdırma › ,Tarix: 18:18 24.01.2024
Hipertoniya ciddi xəstəlikdir. 1990-2019-cu illərdə dünyada hipertoniya xəstələrinin sayının təxminən 2 dəfə artdığını vurğulayan Dr. Əlirıza Ərbay qan təzyiqini balanslı saxlamağın yollarını izah etdi.
Mütəxəssis bildirir ki, hipertoniya sistolik (yüksək) və ya diastolik (aşağı) qan təzyiqinin hər hansı birinin gözlənilən dəyərlərdən yüksək olduğu bir vəziyyətdir.
"Ölkəmizdə yetkinlərdə hər 3 adamdan 1-də hipertoniya olur. Bu nisbət 65 yaşdan yuxarı hər 5 adamdan 2-dir".
Mütəxəssis vurğulayıb ki, 1990-cı ildən 2019-cu ilə qədər dünyada hipertoniya xəstələrinin sayı təxminən 2 dəfə artıb.
"1990-cı ildə 648 milyon, 2019-cu ildə isə 1 milyard 278 milyon adamın hipertoniya xəstəsi kimi qeydiyyata alınıb. Xəstəxana və ofis/iş yeri ölçülərinin yüksək olması halında hipertansiyonun dərhal diaqnoz qoyulmaması lazımdır. Ambulator təzyiq ölçmə cihazı quraşdıraraq 24 saat təzyiqi izləməli və yenidən qiymətləndirməliyik".
“YAŞLILARDA VƏ HAMİLƏLİKDƏ YÜKSƏK QAN TƏZYİQİ"
Mütəxəssis qeyd edib ki, 80 yaşdan yuxarı insanlarda və hamiləlik dövründə müalicəyə başlayanlarda təzyiq dəyərləri daha yüksəkdir. Dr. Erbay, "Ürək-damar xəstəlikləri, ürək çatışmazlığı və xroniki böyrək çatışmazlığında müalicəyə başlama dəyərləri daha aşağıdır" dedi.
"HƏDƏFİN DƏYƏRİ 140/90 VƏ AŞAĞI OLMALIDIR"
Təzyiqin aşağı salınması müalicənin əsas məqsədidir. Dr. Erbay, "Yalnız yüksək təzyiqi olan xəstələrdə hədəf dəyər 140/90 və altında olmalıdır" dedi.
Təhminə Abdurəhimova