Yekaterinburqdakı Azərbaycan diasporunun sədri sərbəst buraxılıb

Bölmə: ,
Tarix: 08:27 02.07.2025

Rusiyanın Yekaterinburq şəhərində saxlanılan “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri, vəkil Şahin Şıxlinski sərbəst buraxılıb.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki,  bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.


Şahin Şıxlinski iyunun 27-də həbs edilən Səfərov qardaşlarına qarşı cinayət işi üzrə şahid qismində ifadə verib. O, Rusiyada vəkillik fəaliyyəti ilə məşğul olur.