Yəmənin “Ənsar Allah” hərəkatı Tel-Əvivdə yerləşən Ben-Qurion hava limanına hipersəs ballistik raketlə zərbə endirib.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, üsyançıların nümayəndəsi Yəhya Saria məqsədə uğurla nail olduqlarını bildirib.


"Yəmən silahlı qüvvələrinin raket qoşunları Ben-Qurion hava limanına "Fələstin-2" hipersəs ballistik raketi ilə hərbi əməliyyat keçirib. Əməliyyat öz hədəfinə uğurla çatıb", - o, husilərə məxsus “Al Masirah” telekanalının efirində bildirib.