Tramp Baydeni "it oğlu" adlandırıb

Bölmə: Dünya › ,
Tarix: 08:34 02.07.2025

Bayden, it oğlu, mənim burada olmağımı istəyirdi!

 

"İnformator.az" "Teleqraf"a istinadən  xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp timsahlarla dolu xəndəklə əhatə olunmuş "Alkatraz" miqrasiya mərkəzinə səfəri zamanı bildirib.


"Bayden, it oğlu, mənim burada olmağımı istəyirdi! Mən gedəndə bizim güclü, etibarlı şəkildə qorunan sərhədimiz var idi. Heç bir problem yox idi. O isə ilk gündən sərhədi açdı. İnsanlar gözlərinə inana bilmirdilər və soruşurdular: "Nə baş verir?" Onlara isə cavab verirdilər: “Keçin", - Tramp deyib.