Zelenski Ukrayna Ordusunun yüksək rütbəli zabitinin öldürüldüyünü təsdiqləyib

Tarix: 08:31 02.07.2025
Ukrayna Prezidenti Volodimir Zelenski briqada komandiri Sergey Zaxareviçin Rusiya ilə müharibədə həlak olduğunu təsdiqləyib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı özünün Telegram kanalında məlumat verib.
Zelenskinin sözlərinə görə, Rusiya ordusunun hücumu nəticəsində 10-cu mexanikləşdirilmiş briqadanın komandiri Zaxareviç və onun bölməsinin bir neçə əsgəri həlak olub.