El Klasikoların vaxtı açıqlanıb

Bölmə: Dünya › ,
Tarix: 08:29 02.07.2025

2025/2026 mövsümündə İspaniya La Liqasında "Real Madrid" və "Barselona" komandaları arasında keçiriləcək oyunların tarixləri müəyyənləşib. 

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, ilk El Klasiko qarşılaşma 26 oktyabra təsadüf edəcək. 

 

Həmin gün X tur matçı Madriddəki "Santyaqo Bernabeu" stadionunda təşkil olunacaq. 

 

İkinci görüş isə 2026-cı il mayın 10-da XXXV turda gerçəkləşəcək. Bu dəfə komandalar "Kamp Nou"da üz-üzə gələcəklər. 


Qeyd edək ki, 2024/2025 mövsümündə "Barselona" "Real Madrid"i La Liqadakı hər iki matçda məğlubiyyətə uğradıb - 4:0, 4:3. Yekunda Kataloniya komandası çempion, paytaxt təmsilçisi vitse-çempion olub