Ekzema və müalicəsi

Bölmə: Araşdırma › , Maraqlı › ,
Tarix: 22:26 26.01.2024

Atopik dermatit olaraq da bilinən ekzema müxtəlif səbəblərdən yarana bilən və qızartı, qaşınma, şişlik və veziküllər kimi əlamətlərlə özünü göstərən bir dəri xəstəliyidir. Cəmiyyətdə ən çox rast gəlinən dəri xəstəliklərindən biridir. Dəqiq səbəbi bilinməsə də, allergiya və stressin səbəb olduğu düşünülür. Ekzemanın simptomları onun növündən asılı olaraq dəyişə bilər. Ekzemanın ən əsas əlamətləri müxtəlif intensivlikdə qızartı və qaşınmadır. Quruluq səbəbindən qabıqlanma, səpgilər və çatlar da yarana bilər. Bu səbəblə dəri qaşınmamalı və qıcıqlanmaması üçün kifayət qədər nəmləndirilməlidir. Yaş və cinsdən asılı olmayaraq inkişaf edən ekzemanın ümumiyyətlə uşaqlıqda başladığı müşahidə edilir və yetkinlik dövründə başlayan hallar da var. Adətən əl və ayaqlarda görülən ekzema dərinin digər hissələrində də görünə bilər. Ekzama mümkün və müalicəsi asan bir xəstəlikdir. Bununla belə, müalicəni gecikdirmək olmaz, çünki dəridə ekzema əlamətləri göstərən çatlar əmələ gələ bilər, dərinin bütövlüyünü pozar və sonra bakteriyalar dəriyə daxil olaraq infeksiyaya səbəb ola bilər.

 

Ekzema bəzən yüngül və ya ağır simptomlarla özünü göstərir, lakin bu simptomlar zamanla keçir. Həssas və quru dəriyə səbəb olan xəstəlik toz və ev heyvanlarının tükü kimi allergenlər tərəfindən keçə bilər. Bu alerjenik maddələr simptomların pisləşməsinə səbəb ola bilər. Həmçinin kosmetika, sabunlar, yuyucu vasitələr və ağır ətirli losyonlar daxildir. Parfüm və təmizləyici məhsullara məruz qalma dərinin qıcıqlanmasına səbəb ola bilər. Bəzi insanlarda hava dəyişikliyi, soyuqdəymə kimi xəstəliklər və stress ekzemanı daha da pisləşdirə bilər.

Ekzema xəstələrinin ağlına gələn suallardan biri də "Ekzema necə müalicə olunur?"-dır.  Ekzemaya səbəb olan alerjen və ya stress kimi açıq bir problem varsa, ilk növbədə bunlar aradan qaldırılmalıdır. Dəri ilə təmasda olan kimyəvi maddələr, kosmetika və hər cür təmizləyici vasitələrdən ehtiyatla istifadə etmək lazımdır. Gündəlik həyatda istifadə edilən məhsulların ekzemaya uyğun olmasına diqqət yetirilməlidir. Bunların xaricində ekzemanın meydana gəlməsinin qarşısını alan və ya meydana gəldikdən sonra xəstəliyi tamamilə aradan qaldıran bir müalicə yoxdur. Bunun əvəzinə simptomatik müalicə tətbiq olunur. Müxtəlif kremlər və dərmanlarla qaşınma, qızartı və qabarcıq kimi simptomları azaltmaq üçün müalicələr tətbiq edilərək xəstənin həyat keyfiyyəti yüksəldilə, infeksiya kimi vəziyyətlərin qarşısı alına bilər. Dərini nəmləndirən kremlər və ya dərini gücləndirəcək kremlər və losyonlar dərinin quruması və çatlaması və zədələnməsinin qarşısını almaq üçün tətbiq olunur. Tərkibində steroid olan bəzi kremlər dəri səthində qaşınma və qızartı üçün istifadə edilə bilər. Yerli olaraq tətbiq olunan kremlərin təsirsiz olduğu hallarda oral və ya venadaxili kortikosteroid tətbiqi və fototerapiya kimi üsullardan istifadə edilir. Bir çatlaq səbəbiylə bir infeksiya meydana gəlsə, antibiotiklərlə müalicə edilə bilər və qaşınma üçün antihistaminiklər istifadə edilə bilər.

 

Mənbə: www.medicana.com.tr
Tərcümə etdi: Gülnisə Əfkari