Tarixdə ilk: Bakı və İrəvan eyni vaxtda Kremlə qarşı...

Bölmə: Dünya › ,
Tarix: 09:27 02.07.2025

İlk dəfədir Azərbaycan və Ermənistanın Cənubi Qafqazın gələcəyi ilə bağlı mövqeyi ortaq görünür: Rusiyanı regiona buraxmamaq, II Qarabağ müharibəsindən öncəki üstünlüyünü təmin etməyə imkan verməmək.


200 ildən artıqdır bu coğrafiyada baş verən bütün müharibələrin, qırğınların izi Moskvaya gedib çıxır. Yenidən bölgəyə girməyə çalışan Rusiya yenə ən yaxşı bildiyi yoldan – toqquşma, münaqişə, müharibə taktikasından hərəkət etmək niyyətindədir. Ermənistanda revanşistlərin dəstəklənməsi bunu aydın göstərir. Lakin ilk dəfədir Azərbaycan və Ermənistanın maraqları üst-üstə düşdüyü üçün Rusiya regional dirənişlə üzləşib. Daha öncə də yazmışdıq: Yekaterinburqda azərbaycanlılara qarşı törədilən zorakılığın siyasi hədəfləri bura çıxır.