Təbii qazın dəyəri artıb

Tarix: 09:17 02.07.2025
Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0.44% bahalaşaraq 3.4299 ABŞ dollarına bərabər olub.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, Niderlandın "Title Transfer Facility"də (TTF) qazın meqavat-saatının dəyəri 2.52% artıb. Beləliklə, qazın meqavat-saatı 33.89 avro olub.