Səhər acqarına şokolad yeyənlərin diqqətinə!

Tarix: 09:28 02.07.2025
Alimlər müəyyən saatlarda yeyilən şokoladın bədən yağını azalda biləcəyini aşkar ediblər.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, elm adamları günün müəyyən saatlarında yeyilən şokoladın maddələr mübadiləsinə müsbət təsir etdiyini və yağların yandırılmasını dəstəklədiyini müəyyən ediblər. Xüsusilə səhər saatlarında az miqdarda şokolad yeməyin həm iştahı tarazlaşdırdığı, həm də çəki nəzarətinə kömək etdiyi ifadə edilir.
Araşdırmada postmenopozal qadınlar üzərində aparılan təcrübələr nəticəsində səhər saatlarında 1,8 qram şokolad qəbul edən iştirakçıların yağ yandırmasının sürətləndiyi müşahidə edilib. Həmçinin məlum olub ki, şokoladın stressi azaldan təsiri sayəsində əhval-ruhiyyə və diqqət üzərində müalicəvi təsir göstərir.