Avro bahalaşıb, rubl ucuzlaşıb

Tarix: 09:20 02.07.2025
Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnəsinə görə, dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, lirənin manat qarşısında dəyəri 0.0427 manatda sabit qalıb.
Avronun məzənnəsi 0.09% artaraq 2.0054 manata yüksəlib. 100 Rusiya rublunun məzənnəsi isə 0.20% azalaraq 2.1663 manat olub.