Almaniya və Britaniya arasında hərbi anlaşma: -Bir ölkəyə hücum digərinə hücum sayılacaq

Bölmə: Dünya › ,
Tarix: 09:19 02.07.2025

Böyük Britaniya və Almaniya xarici təhdidlər zamanı qarşılıqlı yardım haqqında irimiqyaslı saziş imzalamağa hazırdır.

 

"İnformator.az" "Teleqraf"a istinadən  xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadla məlumat yayıb.


Mənbə bildirib ki, 18 raund danışıqların nəticəsi olaraq hazırlanmış saziş layihəsinin mətni başa çatmağa yaxındır. Sənədin iyulun 17-də imzalanması gözlənilir.