Ukrayna Saratovdakı neft emalı zavodunu vurub

Bölmə: Dünya › ,
Tarix: 09:31 02.07.2025

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Saratov vilayətində mühüm obyektə zərbələr endirib.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Qeyd olunub ki, zərbə "Saratovorgsintez" ASC-nin neft emalı zavoduna endirilib.


Məlumata görə, rus işğalçıları sözügedən zavoddan Ukraynaya qarşı döyüşən bölmələrini yanacaq-sürtkü materialları ilə təmin edirdilər.

 

Zərbə nəticəsində zavoddakı texnoloji qurğular zədələnib, yanğın baş verib.