Azadlıq heykəli Osmanlı imperatorluğu üçün hazırlanıb
Bölmə: Maraqlı › ,Tarix: 14:19 07.02.2024
Azadlıq heykəli 1884-cü ildə Fransada tamamlanıb və 350 hissəyə bölünərək 1885-ci ildə 214 qutuda Nyu York Limanına çatdırılıb. Sinə hissəsinə aid parçalar 4 ay ərzində yenidən postament üzərində yığılıb. Abidə 1886-cı il oktyabrın 28-də böyük mərasimlə və minlərlə tamaşaçının iştirakı ilə açılıb.
Azadlıq heykəli Amerika Birləşmiş Ştatlarının yaranmasının 100-cü ildönümündə Fransa tərəfindən Amerika Birləşmiş Ştatlarına hədiyyə edilib. Mis və poladdan hazırlanmış heykəlin sağ əlində məşəl, sol əlində isə nitq var. Heykəlin lövhəsində müstəqilliyin elan olunduğu tarix (4 iyul 1776-cı il) yazılıb.
Heykəlin başındakı tacın 7 guşəli ucu 7 qitə və 7 dənizi simvolizə edir.Heykəlin altlığı ilə birlikdə hündürlüyü 93 metrdir. Məşəli tutan heykəlin sağ əlinin hündürlüyü 13 metr, heykəlin başının eni 2 metr, başının hündürlüyü isə tacı ilə birlikdə 5 metrdir. Azadlıq heykəlinin heykəltəraşı Frédéric-Auguste Bartholdi, dizayneri isə Eyfel qülləsinin dizaynını hazırlayan Qustav Eyfeldir. Məşhur fransız heykəltəraş Azadlıq heykəli üzərində 21 ildən çox işləyib.
Qadın heykəli olan Azadlıq heykəlini modelləşdirən şəxs haqqında dəqiq məlumat olmasa da, müxtəlif söz-söhbətlər irəli sürülüb. Bir şayiəyə görə, heykəli heykəltəraş Frederik-Auguste Bartoldinin anası modelləşdirib. Digər şayiəyə görə, İsaak Singerin həyat yoldaşı İzabelle Eugenie Boyer modeldir.
Azadlıq heykəli Osmanlı imperatorluğu üçün hazırlanıb
Heykəl Süveyş kanalının Aralıq dənizinə açıldığı yerdə ucaldılması üçün Misirli Xediv Səid Paşanın göstərişi ilə hazırlanmış və onun xərclərinin bir hissəsini Osmanlı Sultanı Sultan Əbdüləziz qarşılamışdır. Sifariş edilən heykəl tamamlandı, lakin Misirdə belə böyük bir qadın heykəli müsəlman xalqı arasında narahatlığa səbəb olmuşdu. Daha sonra Fransada bir anbarda saxlanılan heykəl 1884-cü ildə bərpa edilərək ABŞ-a hədiyyə edilib.
Azadlıq heykəlini necə ziyarət etmək olar?
Azadlıq heykəlini ziyarət etmək istəyirsinizsə, biletlərinizi əvvəlcədən almağınızı tövsiyə edirik. Azadlıq heykəli Nyu-Yorkun Manhetten adasından bir neçə mil aralıda, Azadlıq adasında yerləşir. Azadlıq adasına qayıqla gedə bilərsiniz. Qayıqlar Manhettenin cənubundakı Battery Parkdan və Nyu Cersidəki Liberty Dövlət Parkından yola düşür.
Fatimə Mustafayeva
Mənbə: haberturizm