"Ermənilər həqiqətdən kənar fikirlər tirajlayırlar"-İlyas Hüseynov

Bölmə: Siyasət › ,
Tarix: 20:32 26.02.2024

Qarabağı könüllü olaraq tərk etmiş bir qrup erməni açıq məktubla dünyaya müraciət edib. Bu "Caliber"in Youtube kanalında yayımlanan süjetdə əks olunub. Müraciətdə ermənilər " Azərbaycanın tərkibində yaşamağın dəhşətlərini" təsvir edərək dünya ictimaiyyətindən 100 milyard dollar tələb ediblər. Hətta onlar qeyd ediblər ki, bu məbləğ Qarabağ ermənilərinin itkilərinin cəmi 10%-ə bərabərdir.



Bu barədə " İnformator.az" a açıqlama edən politoloq İlyas Hüseynov bildirir ki, ermənilərin Azərbaycan vətəndaşlığından imtina etdikdən sonra söylədikləri bütün şüarlar uydurma və yalandır:

 

"Qarabağı könüllü olaraq tərk edən ermənilər bu gün Ermənistanda müxtəlif qüvvələrin təyziqi və təsiri altında dünya ictimaiyyətinə müxtəlif müraciətlər ünvanlamaqla çaşdırmaqla çalışırlar ki, Azərbaycanı tənqid etsinlər. Şüphəsiz ki, onlar regionu könüllü olaraq tərk ediblər. Azərbayacan vətəndaşı kimi yaşamaqdan imtina edərək bu addımı atıblar. Prosesləri təhrif edərək həqiqətdən kənar fikirlər tirajlayırlar ki, 100 milyard dollar dəyən ziyan ümumi ziyanın 10%-dir".

 

Siyasi şərhçi qeyd edir ki, onların bu gün regionu tərk etdikdən sonra həyata keçirdiyi fəaliyyət yalnız siyasi manipulyasiya alətidir və Azərbaycan tərkibində yaşamaq istəmədiklərini bir daha bəyən edirlər.

 

"Bu fikirlər tamamilə yalandır. Çünki onlar regionu tərk etdikdə Azərbaycan onlara qida kimi lazımi bütün ehtiyyaclarını ödəyirdir. Eyni zamanda reinteqrasiya az fəaliyyət göstərirdi. Onlar çox rahatlıqla Azərbyacan vətəndaşlığını qəbul edib yaşaya bilərdilər. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Azərbaycan vətəndaşlığını qəbul etsələr, regionda qala bilərdilər. Bu məlumat KİV-də, radioda, televizorda, bütün media orqanlarında dəfələrlə bildirilirdi".

 

 

Azər Abuşov