"Xocalı soyqırımının tanınması üçün ölkə daxilində və xaricində bir sıra addımlar atılır"-Samir Hümbətov
Bölmə: Siyasət › ,Tarix: 22:42 26.02.2024
Xocalı faciəsindən 32 il ötməsinə baxmayaraq dünya dövlətlərinin çoxusu bu faciəni tanımır. Haqdan, ədalətdən danışan dövlətlər bəşəriyyətin faciəsi olan Xocalıya real bəraət verməyiblər.
Bu barədə " İnformator.az" a açıqlama edən politoloq Samir Hümbətov bildirir ki, Xocalı soyqırımının tanınması üçün Azərbaycan dövləti tərəfindən həm ölkə daxilində, həm də ölkə xaricində bir sıra addımlar atılır.
O əlavə edir ki, hal-hazırda iyirmiyə yaxın dövlət Xocalı soyqırımını rəsmi tanıyır.
" Bu, Azərbaycanın atdığı ən uğurlu addımlardan biri kimi dəyərləndirilə bilər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası 10 ildən çoxdur ki, davam edir. Xocalı parkının salınması faciəyə real qiymətin verilməsi üçün zəmin yaradır. Bu məsələ də diasporun, dünya azərbaycanlılarının, diplomatik nümayəndəliklərin üzərinə çox işlər düşür. Müəyyən addımlar atılır, lakin sürətli daha çevik görmək lazımdır. Bu işdə dost , müttəfiq dövlətlər, onların lobbi təşkilatları, diaspora təşkilatları ilə əlaqələrin dərinləşdirilməsi xüsusi önəm daşıyır. Biz bu işləri yaxın zamanlarda daha mütəşəkkil şəkildə etməklə dünyanın böyük bir hissəsinə Xocalı soyqırımının tanıdılmasına nail ola bilərik. Bu da gələcəkdə ölkəmizin erməni faşizmi və onu dəstəkləyən qüvvələr qarşısında dimdik ayaqda durmasına şərait yaradacaq amillərdəndir. İşlər gedir, amma davamlı və geniş arealda işlərin aparılması vacibdir".
Asiman Hafizqızı