"Apteklər ciddi yoxlanışdan keçirilməlidir ...."-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 21:36 28.02.2024

Bir çox gigiyenik məhsullar və uşaq yeməkləri həm marketlərdə, həm də apteklərdə müxtəlif qiymətlərə satılır. Bəs bu məhsulların qiymətləri və keyfiyyətləri arasında hansı fərqlər var?

 

Məhsulların keyfiyyəti ilə bağlı tibb üzrə ekspert Aydın Əliyev "informator.az"a açıqlama verib. Ekpert qeyd edir ki, qida məhsullarının aptekdə satılması və onlardan istifadə yanlız həkim göstərişi ilə olmalıdır:

 

 

"Qida maddələri təbii olmalıdır, onların tərkibinə keyfiyyətsiz məhsul qatılmamalıdır. Apteklər ciddi yoxlanışdan keçməlidir. Son zamanlarda bəzi apteklərdə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bir sıra yoxlamalar aparılıb və nöqsanlar üzə çıxarılıb. Belə nöqsanların olmaması üçün apteklərdə keyfiyyətsiz məhsullar əvəzinə daha keyfiyyətli məhsullar gətirilməlidir".

 

Gigiyenik məhsullar və uşaq yeməklərinin qiymətləri ilə bağlı "informator.az"a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov qeyd edib ki, hər bir bazar subyektinin özünün fərqli qiymət siyasəti vardır:

 

 

"Çalışmaq lazımdır ki, faktiki olaraq təklifçilərin sayı artsın və rəqabət çoxalsın. Nəticədə qiymət optimalığı müşayiət olunacaq. Bu istiqamətdə dövlətin əlində olan vasitələrdən istifadə olunmalıdır. Bazarda qiymət fərqlərinin olması normal haldır. Öz fəaliyyətlərini və gəlirlərini müvafiq qiymət siyasəti əsasında planlaşdırırlar. Bazarda dövriyyənində ciddi təsiri vardır. Məhsulun əhəmiyyətliliyi məsələsində təklifçinin müəyyən etdiyi qiymətdə əsasdır. Azərbaycanda bu istiqamətdə əsas məqam daha əlverişli fəaliyyət mühitinin yaradılmasıdır. Belə halda daha ciddi nəticələr əldə olunacaq".

 

Zeynəb Mustafazadə