Günəş partlamasının fəsadlarından necə qorunmaq olar?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 21:51 28.02.2024
"Günəşin daxilində baş tutan püskürmələr nəticəsində, Yer kürəsindən müşahidə edilərkən ləkə kimi görünən bu partlama ocaqları, Yerdən dəfələrlə böyük olur. Partlamaların sayı çox olduqda güclü maqnetik qasırğa yaranır ki, bu da Günəş sisteminə xüsusi ilə Yerə təsirsiz ötüşmür. Bu təsirlər həm neqativ, həm pozitiv ola bilir".
Bu sözləri "informator.az"a açıqlamasında Astroloq Aytən Salami bildirib. Astroloq qeyd edib ki, Günəş partlamaları tarix olaraq hər 9-11 il aralığında artış göstərməkdədir:
"2024 cü il etibarı ilə Günəşdə baş verən partlayışların artdığı tarix başlayıb. Bu 2012-2013 illərdə baş tutan partlayışlardan 2 dəfə çoxdur. Yer kürəsinə, insan sağlamlığına öz təsirlərini göstərəcək olan maqnit qasırğalar, orqanizimdə olan beyin və sinir sisteminə güclü təsir edəcək. Bununla yanaşı Dünya üzərində aqressiyanın artması, üsyanlar, çevrilişlər və müharibələrin artmasıda ehtimaldır. Məhz elə bu baxımdan sağlamlığa diqqət etmək, sakit məkanlarda vaxt keçirmək, xüsusilə də, həssas insanlar bu dövrlərdə daha diqqətli olmalıdırlar".
Aytac Kərimova