Hərbiyə alternativ xidmət yaradılması ilə bağlı Ombdusmandan təklif irəli sürülüb.-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 19:56 29.02.2024

Hərbiyə alternativ xidmət yaradılması ilə bağlı Ombdusmandan təklif irəli sürülüb.

 

Məslə ilə bağlı hərbi ekspert Elxan Şıxalıyev "informator.az"a açıqlamasında bildirib ki, Ombudsmanın hərbiyə alternativ xidmət yaradılması ilə bağlı olan təklifi əslində cəmiyyətin bir hissəsinin tələblərinə üzərinə səsləndirilir:

 

"Xüsusəndə bu araşdırmalar səfərbərlik ehtiyaclarının nə qədər alternativ xidmətə uyğun olması, müraciət edən kontingentin statiskasına əsaslanır.Alternativ xidmət digər ölkələrdə mövcuddur. Bu qanun icrası bizim həm səfərbərlik ehtiyacları, həm də güc strukturlarının silahlı qüvvələrinin tərkibində həyata keçirilməsi, mümkündür.
Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində hərbi xidmət keçmək əsasnaməsində bəzi dəyişikliklərin edilməsinə dair digər təkliflərdə səsləndirilib. Xidmət haqqı ilə bağlı qanunun qəbul edilməsinə, müddətli həqiqi hərbi xidmətdə olanların məzuniyyətnin on gündən,iyirmi günə artırılmasına dair təkliflər var. Bu qanunların qəbul edilməsi zamanı bizim səfərbərlik ehtiyaclarımız nəzərə alınır. Bu məsələ qısa bir zamanda həll olunacaq bir məsələ deyil".

 

Vüqar Alışov