Naxçıvan Universiteti niyə bağlanır?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 20:27 29.02.2024

Naxçıvan Universitetinin fəaliyyətinin dayandırılması ilə bağlı müraciət olub.

 

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib.

 

Bu barədə elm və təhsil eksperti Kamran Əsədov "informator.az"a açıqlamasında bildirib ki, Naxçıvan universiteti 1999-cu ildə yaranmış bir universitetdir və orada çalışan işçilərin və onların elmi dərəcələrinə baxsaq görərik ki, heç də Bakıdakı universitetlərdən zəif deyil:

 

"Naxçıvan universitetində 4 nəfər elmlər doktoru, 20 nəfər fəlsəfə doktoru, magistrlar, dosentlər və s. var. Universitetdə 4 fakultə, 10 kafedra həmçinin 25 ixtisas üzrə 1400-dən çox bakalavr, magistr, doktorant, dissertantlar var. Naxçıvan universiteti kifayət qədər potensiala malik olan universitetdir. Oranın kifayət qədər yaxşı kitabxana binası, sosial xidmət mərkəzləri, xarici dil korpusları, yataqxanası, idman-mədəniyyət kompleksi var. Bakıda yerləşən bir neçə özəl universitetlərdən daha yaxşıdır. Universitet mütəmadi olaraq reytinqlərdə iştirak edir. Düzdür, çox aşağı yerlərdə olsa belə yaxşıdır, yəni tələbələrin 95%-i məzun ola bilir, kifayət qədər beynəlxalq proqramlarda, layihələrdə iştirak edirlər. Sadəcə olaraq son illər ərzində xüsusən 2-ci qrupdan həmin universiteti seçənlər arasında bir az azalma var idi. Naxçıvan universiteti Erasmus proqramında da normal iştirak edən ali təhsil müəssisələri sırasında idi".

 

Ekspert əlavə edib ki, universitetin təsisçiləri belə bir qərar qəbul ediblər ki, ali təhsil müəssisəsinin fəaliyyətinin dayandırılmasıyla bağlı addım atsınlar:

 

"Tələbələrin taleyinə gəldikdə isə əgər Naxçıvan universitetinin fəaliyyətinin dayandırılmasıyla bağlı qərar qəbul olunarsa və onun lisenziyası ləğv olunarsa, orada təhsil alan bütün tələbələrin hər biri ixtisasları üzrə ya Naxçıvan ya da Bakı şəhərində digər universitetlərə köçürüləcəklər və oradan aldıqları diplomlar da kifayət qədər hüquqi qüvvəyə malikdir".

 

 

Samirə Musayeva