"Bütün dünyada korluğun səbəbi eynidir"-RƏY
Bölmə: Sosial › ,Tarix: 20:47 29.02.2024
Göz sağlamlığı əmək bazarlarına əhəmiyyətli dərəcədə təsir göstərir. Görmə qüsuru olan işçilərin işləmək ehtimalı daha azdır. İqtisadi inkişaf görmə qabiliyyətinin pozulmasının yayılmasında mühüm rol oynayır, aşağı və ortagəlirli regionlarda yüksəkgəlirli regionlarla müqayisədə təxminən 4 dəfə çox rast gəlinir. Bəs bunun səbəbi nədən qaynaqlanır?
Bu barədə oftalmoloq Qurban İsmayılov "informator.az"a açıqlamasında bildirib ki, bütün dünyada hər il elmi statistikaya əsasən, korluğun səbəbi dəyərləndirilir:
"İlk yerdə Qlaukoma el arasında deyilən qarasu durur. İkinci yerdə şəkərli diabetin törətdiyi korluq dayanır. Sonrakı yerlərdə digər xəstəliklərin törətdiyi korluqlar durur.
Dünya oftalmoloqları korluğun qarşısını almaq üçün insanlara hər il müayinələrin aparılmasını məsləhət görürlər. Bütün dünyada olduğu kimi bizdə də korluğun səbəbi nəticə etibarı ilə eynidir. Qlaukoma, şəkərli diabet, zədələr, uveitlərbeyin xəstəlikləri, onkologiya, anagəlmə retinoblastomalar- yenidogulmuşlarda şiş, anadangəlmə abiotrafiyalar- tapotoretinal obiotrafiyalar- qohum evliliyi arasında uşaqlarda baş verir. Yarımçıq doğulmuş uşaqlarda ROP-yəni göz dibində neovaskulyar damarlar əmələ gəlir- tor qişa qopur. Bu xəstəliklər yeni deyil, həmişə olub və olacaq. Həmçinin bu göz xəstəliklərini indi tam təsdiq etmək ücün müasir diaqnostik cihazlar var.
Göz xəstəliyinin qarşısını almaq üçün vaxtında peşakar klinikalarda müayinə olunmalı və xəstəliyin qarşısı alınmalı və müalicəvi tədbirlər görülməlidir".
İlhamə Nurəhmədova