Repressiya qurbanlarının acı taleyi...
Bölmə: Sosial › ,Tarix: 20:52 29.02.2024
Bu gün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Sabunçu gənclər evinin rəhbərliyinin təşkilatçılığıyla SGE könüllüləri və üzvləri ‘Siyasi Repressiya qurbanları’ muzeyinə ekskursiya ediblər.
Muzeyin direktoru Mirabas Məmmədov onlara bələdçilik edib.O qeyd edib ki ,biz muzeyi yaradanda əsas məqsədimiz repressiyanın müxtəlif təbəqələrini ziyarətçilərə çatdırmaq idi.Mirabas Məmmədov ‘Vətən xainləri’ adlandırılanların həyat yoldaşları barədə də məlumat verib.Onların 5-8 il müddətinə sürgün olduqlarını vurğulayıb.’Hətta uşağı olan anaların övladları yalnız 1 yaşına qədər onlarla qala bilərdi.Daha sonra onlar analarından alınaraq uşaq evlərinə verilirdi’.
Güllələnmə otağında bəzi faktlara toxunulub.Repressiya törədənlərdən Tağıyev adlı şəxs ifadə verəndə günə 100-150 insanı öldürdüklərini qeyd edirdi.
”Axşam meyidlər dənizkənarına gətirilir,qayıqlara yığılır.Onların başına ağır daş bağlanaraq dənizə atılırdı.”Hətta insanlar Bakıda bir müddət sonra xəstəxanaya zəhərlənməylə müraciət edir .Bəlli olur ki,buna səbəb onların meyidlərlə qidalanmış balıqları yeməkləri olub.Daha sonra meyidlərin dənizə atılmasına qadağa qoyulur.İnsanların bundan sonra harada basdırılması barədə dəqiq məlumat yoxdur.Tağıyev isə onların quyularda basdırıldığını qeyd edirdi.
Mirabas Məmmədovun fikirlərinə əsasən meyidlər inqilabdan əvvəlki dövrdə hər bir mədənin ətrafındakı böyük quyulara atılır.Üzərindən də qum tökülürdü.
“Güllələnən şəxsin ailəsinə belə onun ölümü haqda dəqiq məlumat verilmirdi.Sadəcə ölüm günü konkret olaraq bildirilirdi.1955-ci ilə qədər güllələnənlərin əmək və islah düşərgəsində vəfat etdiyini deyirdilərsə 1956 -cı ildən sonra ailəsinə güllələnərək öldürüldüyü çatdırılırdı.
Hətta bunu 1 nəfər haqqında 2 sənəd faktiki olaraq təsdiq edir”,-deyə o qeyd edib.
Səkinəbəyim Cəfərova