Qlobal iqlim dəyişikliyi -Hansı amillər təsir edir?

Bölmə: Sosial › ,
Tarix: 22:22 29.02.2024

"İqlim dəyişikliyinə çoxlu amillər təsir edir. Kosmogen prosesslər, Günəşin fəallığının dəyişilməsi, Yerin öz oxu ətrafında fırlanması, yağıntıların artması, zəlzələlər, temperaturun dəyişməsi, havada quraqlıq və ya istiləşmə prosesinin getməsi və s.ilə bağlıdır". 

 

Bu sözləri "informator.az"a açıqlamasında iqtisadi-coğraf Çingiz İsmayılov söyləyib. O bildirib ki, iqlim dəyişikliyinin səbəbləri təbii proseslərin gedişidir:

 

"İqlim dəyişikliyinə insanın da təsiri var(karbon qazı,suyun çirkləndirilməsi, ətraf mühitin çirklənməsi). Lakin bu proses planetar miqyasda deyil, planetimizdə tarix boyu davam edib. İnsanın yaşayış tərzi, təsərrüfat fəaliyyəti, kənd təsərüfatı, havanın temperaturu birbaşa iqlimlə bağlıdır. Su qıtlığı probleminin yaranmasıda elə iqlim dəyişikliyindən asılıdır. Həmçinin insanların sağlamlığı üçündə ciddi problemlər yarada bilər. Günəşin fəallığı artdıqda, səhhəti zəif, təzyiqi olan, ürək damar xəstəlikləri olan insanlara evdən çölə çıxmaq məsləhət görülmür".

 

Çingiz İsmayılovun sözlərinə görə, istiləşmə prosesi ilə bağlı su qıtlığı yaranır. Bu, Azərbaycan üçün hədindən artıq vacibdir:

 

"Biz su qıtlığından əziyyət çəkən ölkələr qrupuna aidik. Su çatışmazlığından əziyyət çəkən ölkələr su ehtiyatlarından səmərəli şəkildə istifadə etməlidirlər. Ümumiyyətlə ekoloji tarazlığın qorunması çox vacibdir, bu iqlim dəyişikliyinə təsir edir. Ölkələrin hər biri iqlim dəyişikliyi ilə bağlı tədbirlər planı yerinə yetirir. 2015 ci ildə məşhur A.Snep Azərbaycanda iqlim dəyişkliyi ilə bağlı milli fəaliyyət planını yerinə yetirir. Bu il Azərbaycanda iqlim dəyişikliyi ilə bağlı COP-29 keçiriləcək orda da Azərbaycanın gələcək inkişafı ilə bağlı "Yaşıl Energetika" proqramını həyəta keçirmək fikrindəyik. Bu da ətraf mühitin mühafizəsi ilə bağlıdır. Enerjinin səmərəli istifadəsi, alternativ enerjilər, enerji mənbələrinin, günəş enerjilərinin istifadəsi ilə bağlıdır. Bəşəriyyət indi "Yaşıl energetika" iqtisadiyyat istiqamətində inkişaf edir. Hər bir ölkə daxilindəki vəziyyətə, iqlimin dəyişməsinə uyğun olaraq müvafiq siyasət yerinə yetirir".

 

Elnarə İslamova