Avtobusların gec gəlməsinin səbəbləri-Ekspertdən AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 22:21 01.03.2024

Avtobuslarla bağlı sərnişinlərin ən çox şikayətləndiyi mövzulardan biri də bəzi marşrutların dayanacağa gec gəlməsidir.

 

Bunlardan biri də“28 May” metrostansiyasının qarşısından Hövsan qəsəbəsi istiqamətində hərəkət edən 175 nömrəli avtobusdur.

 

Sərnişinlər  avtobusun gec gəlməsindən, bu səbəblə sərnişin çoxluğundan əziyyət çəkdiklərindən şikayətlənirlər.

 

Bu barədə "İnformator.az" a  açıqlama edən nəqliyyat eksperti Aslan Əsədov deyir ki, avtobusların gecikməsi ilə bağlı müəyyən problemlər qalmağa davam edir.

 

"Bunun başlıca səbəbi tıxac zamanı sıxlığın olmasıdır. Bu baxımdan avtobuslar müəyyən dərəcədə təyinat nöqtəsinə böyük intervalla gəlirlər. Bəzən də avtobus sayında problem olur. Ancaq avtobus parklarında kifayət qədər avtobus olduğundan inandırıcı deyil ki, böyük interval fərqi olsun. Buna görə də avtobus sayının tıxacla, sıxlıqla bağlı olduğunu düşünürəm".

 

 

Aydan Qasımova