Builki imtahanlar standartlara uyğun keçirildi ?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 10:49 04.03.2024

DİM martın 3-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

 

Bu barədə təhsil eksperti Afərim Seyidova "informator.az"a açıqlamasında bildirib ki, keçənilki imtahandan fərqli olaraq builki imtahan tam şəkildə standartlara uyğun keçirildi:

 

"Suallar şagirdlərin bilik və bacarıqlarını nəzərə alaraq tərtib edildi. Dil qaydaların da müəyyən çətinlik olsa da, şagird bu səviyyədə olan sualların öhdəsindən gəlməli idi. Çünki DİM bu səviyyədə ki, sualları öz test toplusun da verilib. Amma onuda qeyd etmək lazımdır ki, bizim buraxılış imtahanın da test bazamız azdır. Biz DİM-dən yeni mətn jurnalları gözləyirdik. Amma sualların hər biri şagirdin məntiqi, tənqidi, yaradıcı təfəkkürünü inkişaf etdirəcək suallar idi. Test tapşırıqlarından heç bir şikayətimiz yoxdur. Eyni zamanda mətnlərdə də heç bir problem olmadı. Ümid edirəm ki, yoxlama prosesi də düzgün şəkildə aparılacaq. Bir sevindirici halda odur ki, DİM sual kitabçalarını yayılmasına icazə verdi".

 

Ekspert əlavə edib ki, imtahan zamanı abituriyentlərin bəzi narazılıqları ingilis dilində olan dinləmə mətnlərinin səsləndirilməsində olub:

 

"Səsləndirmə cihazının keyfiyyet səviyyəsi istənilən kimi olmayıb. Riyaziyyat fənnində də problem olmayıb. Keçənilki kimi səhv sual yox idi. Riyaziyyat fənnindən açıq suallarda keçən ilkinə nisbətən normal idi. Çox çətin, imtahana uyğun olmayan sual yox idi. Keçən ilki "sürpriz" suallara baxanda bu ilki sualları ümumən bu imtahanı, qənaətbəxş hesab etmək olar. Ümidvaram ki, qəbul imtahanları da bu şəkildə keçiləcək".

 

 

Vüqar Alışov