Tetanus xəstəliyi və əlamətləri -AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 21:26 04.03.2024

Sürətlə yayılan və bu gün bəşəriyyətin qorxulu arzusuna çevrilən xəstəliklərdən biri tetanus xəstəliyidir. Bəs bu xəstəliyin əlamətləri və müalicə üsulları nələrdir?

 

Mövzu ilə bağlı həkim-cərrah Adil Qeybulla "informator.az"a açıqlama verib. Həkim qeyd edir ki, tetanus xəstəliyinin qarşısının alınması üçün xəstəxanalarda xüsusi anatoksin iynəsi vurulur:

 

"Tetanus closrtidium tetani deyilən mikroorqanizm tərəfindən törədilir. Bu mikroorqanizmlər adətən torpaqdan, paslı metaldan və s. vasitələrdən bədənə düşə bilər. Bu halda çox ciddi xəstəlik yaranır. Sonda isə xəstələr qıcolmadan vəfat edirlər. Bu zaman tonik və kronik qıcolmalardan xüsusi bir vəziyyət yaranır. Bu vəziyyət opistotonusdur. Bu zaman xəstə elə bil şəkil alır ki, onun yalnız damarları yerə dəyir. Xəstəlik ciddi bir xəstəlikdir. Xəstəlik həmçinin bədəndə olan yara yerlərindən, dəridəki çatlardan orqanizmə daxil ola bilər. Adətən belə travma almış xəstələrdə tatanusun qarşısının almaq üçün bir qayda olaraq xəstəxanada anatoksin iynəsi vurulur".

 

 

Zeynəb Mustafazadə