"Quduz heyvanların məqsədi özünü qoruma deyil, hücum olur"-Həkimdən açıqlama

Bölmə: Sosial › ,
Tarix: 22:29 04.03.2024

Qobuda 9 yaşlı uşağı it dişləyib. Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir. 

 

Sahibsiz itlərin quduz olma ehtimal nə qədərdir? 

 

“İnformator.az” a açıqlamasında uzman, doktor Zöhrə Babayeva məsələyə münasibət bildirib

 

Rayon ərazilərində sahibsiz heyvanların peyvəndlənmə prosesi çox zəifdir. Bu səbəbdən rayonlarda heyvanların quduz olma ehtimalı daha yüksəkdir və bunu dövlət özü maliyyələşdirməlidir. Heyvanlar qısırlaşmalı və qısırlaşan zaman peyvənd vurulmalıdır. Bu zaman heyvanlarda qıc olma, aqresiya azalacaq. 

 

Müsahib əlavə edir ki, təbii ki, günah hər zaman heyvanda olmur. Bəlkə, uşaq aqresiya göstərib, heyvan da özünü müdafiə etmək məqsədi ilə ona hücum edib

 

"Heyvanlar, adətən, bir-birini qorumaq üçün sürü halında gəzirlər. Lakin quduz heyvanların məqsədi özünü qoruma deyil, hücum olur. Çünki heyvanın beyni pozulub, o istəmədiyi hərəkətləri edir". 

 

Doktor sonda qeyd edir ki, ona görə də yaşayış yerlərinə yaxın belə heyvanlar varsa mütləq tədbir görülməlidir.

 

"Eyni zamanda, uşaqları da maarifləndirmək lazımdır ki, valideynlərdən uzaq, boş ərazilərə getməsinlər". 

 

 

Gülnisə Əfkari