Bakı metrosunda QR bilet istifadəçilərinin sayı artıb-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 19:57 06.03.2024
Bakı metrosunda QR bilet istifadəçilərinin sayı artıb. Ay ərzində 148 min 25 sərnişin məhz bu üsulla ödənişə müraciət edib.
QR biletin nə kimi üstünlükləri var ?
Bu barədə "informator.az"a açıqlamsında Bakı Metropolitennin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, Metropolitendə bu sistem bir qədər gec tətbiq olundu:
"Bir neçə ay əvvəl artıq yerüstü ictimai nəqliyyat sektorunda tətbiqinə başlanıldı. Burada əsas prinsipial olan məsələ ay ərzində ictimai nəqliyyatda sərf olunan vəsait rahat hesablanır və tənzimlənir. Pul kisəsinə yatırılan vəsait insanların gözlərinin önündə olur. İkinci mühüm məsələ prosesin rahatlıqdır. Vaxta qənaət məsələsi də önəmlidir. Nə korlanması, nə də zədələnməsi mümkündür. Biz ondan istifadə etmək üçün artıq vəsait xərcləmirik".
Bəxtiyar Məmmədov bildirib ki, telefon insanların həyatlarının bir hissəsinə çevrilib və tətbiqin telefonda olması insanların işini rahatlaşdırır:
"5 dəqiqə ərzində istifadə edib, etməyəcəyinizi təyin edə bilirsiniz. QR düyməsini sıxmaqla QR bilet yaranır. Burada bir nüans var ki, ödəniş olunan zaman 1 manat bloklanır. İctimai nəqliyyat sektorunda ən yuxarı gediş haqqı tətbiq olunan gediş haqqı 1 manatdır. Sui-istifadə hallarının olmaması, yanlışlıqlara yol verilməməsi üçün 1 manat bloklanır, lakin siz metroda ödəniş edib keçdikdən sonra 40 qəpik çıxılır. 60 qəpik dərhal balansa oturur. Gecikmə halları baş verərsə, bunun səbəbi internetin sürətinə görədir. İkinci nüans odur ki, siz 5 dəqiqə ərzində QR biletdən istifadə etməsəniz, Sizə 72 saat ərzində bloklanan vəsait geri qaytarılacaq".
Müsahib əlavə edib ki, bu sistemi tez-tez müxtəlif variantlara sınaqdan keçirirəm:
"Metropoliten sərnişlərinin bundan narazı qala biləcəyi məqamlara diqqət yetirirəm. Bu günə qədər mən hər hansı bir ciddi problemlə rastlaşmamışam.Biz hər hansısa bir problem yaranarsa, bu problemi operativ şəkildə həll edə bilirik. İki qurumun əməkdaşlığı ilə biz bu prosesə nəzarət edirik. Bakıkart plastik kartının ləğv olunması gündəmdə deyil. Nə qədər çox ödəmə çeşidi olarsa, bu bir o qədər yaxşıdır".
Zəhra Həsənova