Obsesif-kompulsif xəstəliyinin yaranmasının səbəbləri nələrdir?-Psixoloq açıqladı
Bölmə: Sosial › ,Tarix: 20:32 06.03.2024
Son zamanlar insanlar arasında ən sıx görülən xəstəliklərdən biri də obsesif kompulsif(OKB) xəstəliyidir. Beyində davamlı olaraq kontrol edilə bilməyən düşüncələrin gəzdiyi və insanın dayanmadan eyni hərəkətləri icra etdiyi psixoloji narahatlıqdır.
Mövzu ilə bağlı ailə və uşaq psixoloqu Aynur İsmayılova İnformator.az ilə fikirlərini bölüşüb.
Aynur İsmayılovanın fikirlərinə görə, obsesif kompulsif pozğunluğu (OKB) insanlarda yaranan bir travmadır.
"Eyni zamanda, müxtəlif formaları mövcuddur və daha çox özünü təmizlik üzərində göstərir. Bu insanlar ətrafa qarşı da şübhə ilə yanaşırlar. Eyni zamanda, təmizliyə çox meyilli olurlar. Bir insan ilə salamlaşdıqda əllərini yumağa və yaxud əlaqədə olduqda çimməyə çalışırlar. Hər bir şeyə qarşı çox diqqətcildirlər. Hər kəsin özləri haqqında pis düşüncədə olduqlarını və yaxud neqativ hadisələr baş verəndə başqalarını günahkar görürlər. Bəzən bu xəstəliyin yaranması uşaqlıq dövrünə də təsadüf edir. Valideynlərdən biri bu xəstəliyə sahib olur. Bu uşağa gördüyü davranışlar şəklində keçir".
Psixoloq qeyd edir ki, uşaq vaxtı müxtəlif psixoloji travmalara və ya hər hansı bir şeydən iyrənməyə məruz qaldığı zaman da obsesif kompulsiv pozuntusu yarana bilir.
"Nadir hallarda bu xəstəliyə sahib olan insanlar sağala bilir. Ona görə ki insan özü seçim etməlidir. Həmin insanlar psixoloji terapiya almadan heç bir zaman normal həyat yaşaya bilməyəcəklər. Düşüncələr xəstəliyin güclənməsinə qədər gətirib çıxara bilər. Heç təsadüfi deyil ki, pandemiya dövründə həyatlarını itirən insanlar həmin xəstəliyə sahib olublar".
Fatimə Mustafayeva