Film və kitabların insan psixologiyasına təsiri -Psixoloqdan açıqlama
Bölmə: Sosial › ,Tarix: 20:55 06.03.2024
Bəzən insanlar oxuduqları kitabın, izlədikləri filmin təsirindən çıxa bilmirlər. Hətta bəzən elə olur ki, izlədikləri bir filmdən, oxuduqları bir kitabdan sonra insanlarda qorxu, fobiya yaranır.
Bəs baxılan filmlər insan psixologiyasına necə təsir edir ? Kitab və ya filmə görə yaranmış fobiya ömür boyu davam edə bilərmi? İnsanlar özlərinə uyğun kitabı yaxud filmi necə seçməlidirlər?
Mövzu ilə əlaqədar Klinik Psixoloq Mədinə Rəsulzadə "İnformator.az"-a açıqlama verib.
"İnsanlar öz ehtiyaclarına uyğun kitabları oxuyur və filmlərə baxır. Məsələn, adam yetərsiz, gücsüz hiss edirsə, həmin yetərsizliyi doldura biləcək kitab yaxud film seçir və baxıdığı film, oxuduğu kitab təsir effektini göstərəndə, artıq insanda müəyyən qorxular yarana bilər. Bəzi insanlar qorxulu film və kitablar seçir .Məsələn, bəzi dedektivlərin kitabından təsirlənib seans alan yeniyetmələr çox olub. Təbii ki, bu təsir ömür boyu davam etmir əgər həmin insanlar terapiya alsalar, həmin təsir tez zamanda keçib gedəcək".
Psixoloq fobiya ilə qorxunun fərqini izah edib:
" Qorxu odur ki, mən konkret olaraq bir travma yaşamışam və bundan qorxuram . Bir də var ki, fobiya .Fobiya insanın heç üzləşmədiyi hadisəni fikirləşəndə qorxmasıdır. Məsələn, ilahı hamı realda görəndə qorxur bilir ki, dişləyir amma elə insanlar var ki, ilanın şəklini belə görəndə eyni reaksiyanı verir qorxur, təşvişə düşür, bu fobiyadır. Fobiya genetik olduğu zaman terapiya almadıqda həyatı boyu davam edə bilər".
Mədinə Rəsulzadə kitab seçimində diqqətli olmağı məsləhət görür:
"Bəzi insanlar motivasiya adı altında elə kitablar seçirlər ki, onlara mənfi təsir göstərir. Mənfi təsir edən amillər bunlardır ki, insan özünü anlamadan o kitabda olan şeylərə əməl edir. Məsələn, kitabda bir siyahı verilib və siyahıda 10 maddə qeyd edilib. Başlığına isə yazılıb ki, güclü olmaq üçün bu 10 maddəyə əməl et. Həmin 10 maddədən birində belə yazıla bilər ki,məsələn, "X" adlı məşhur kimi geyin, onun kimi danış, özünü ona bənzət və onun kimi uğurlu ol. Amma hər insanın özünəməxsus xasiyyəti və xarakteri var. Lakin, həmin o kitablar bütün xarakterlərə eyni yön verir və bu da insanlara mənfi təsir göstərməklə nəticələnə bilər. Bu kimi hallar insanı özündən uzaqlaşdırır. Çünki hər bir insanın ehtiyacı fərqlidir".
Psixoloq son olaraq vurğulayıb ki, şiddət, qorxu yönümlü kitab və filmlərə üstünlük vermək beynin ön payına mənfi təsir göstərir.
Aydan İsayeva