Steandal sinromu nədir?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 22:37 06.03.2024

"Steandal sindromu ilk dəfə Maqnenan tərəfindən tapılıb. Bu hər hansı incəsənət əsərlərindən aldığı təəssüratın nəticəsində ürək döyünmə, baş gicələnmə və təsvir olunan hadisənin içinə girməklə əlaqədar psixi pozuntuya deyilir. Yəni insan insan o dərəcədə təsvir olunan rəsmin içinə girirsə, tamamilə realığı unudur özünü o təsvirin içində hiss edir. Bu hadisə, əsasən, muzeylərdə, şəkil qalereyalarında və s. baş verir". 

 

Bu sözləri "informator.az"a açıqlamasında nevroloq Qalib Əsədov söyləyib. Onun sözlərinə görə, buna həm də fleransiya sindromu deyilir:

 

"İlk dəfə bu sindromu Fleransiyaya gələn renans dövrünün muzeylərini tapan turistlər arasında tapıblar. Maraqlıdır ki, Asiyada olan və Şimali Amerikada yaşayan insanlarda bu sindrom əmələ gəlmir. Görünür, bu onların incəsənət düşüncələri ilə, dünyagörüşləri ilə əlaqədardır ki, onlar heç vaxt şəkilin içinə girə bilmirlər və steandal sindromu yaranmır. İtalyanlarda da bu sindrom yaranmır, çünki onlar gözün açıb bu təsvirlərin içində olublar və bu şeylərdə onlarda artıq ümmunitet yaranıb. Əsasən, bu tənha adamlarda, özünü fantaziyalarda hiss edən insanlarda rast gəlinən bir sindromdur".

 

İlhamə Nurəhmədova