Ölkəmizdə daha bir Avropalaşma -EKSPERT RƏYİ

Bölmə: Sosial › ,
Tarix: 21:49 07.03.2024

Analarla bərabər ataların da uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olacaq, güzəştə yol verən şərtlər sırasına valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı hal da şamil ediləcək.

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Dəyişiklikdə qadınlardan fərqli olaraq kişilər üşün hansı yeniliklər olacaq? Dəyişikliyin əsas səbəbləri nələrdir?

 

Mövzuyla bağlı “İnformator.az”a açıqlamasında Xalid Kərimli qeyd edir ki, bu cür qərarlar verməklə Əmək Qanunvericiliyi sosiallaşmağa doğru yönəlir:

 

“Dəyişikliyin əsas səbəblərindən biri qadının ana olduğu halda kişinin də ata olmasıdır. Burda müəyyən qədər əmək pensiyası almaq hüququ uşaqlı atalara da şamil edilir. Humanist və sosial səbəblərdən irəli gələn qərarlardır ki, çox məqsədəyönümlüdür. Qadınların müəyyən hüquqları var ki, eynisini kişilərə də şamil edirlər. Bu addımda əsasən gender bərabərliyi üstün tutulur.

 

Ümumiyyətlə xarici ölkələrdə - Böyük Brtitaniyada, Avropada bir çox ölkələrdə qadının bir çox uşaq dünyaya gətirməsinə görə edilən güzəştlər kişilərə də şamil edilir. Hazırda Avropada və digər ölkələrdə keçirilən bu cür qaydaları ölkəmizdə də tətbiq edirlər".

 

 

Azər Abuşov