Qarabağ ərazisində dəyişiklik

Bölmə: Sosial › ,
Tarix: 17:05 11.03.2024

Dövlət Statistika Komitəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Ərazi Bölgüsü Təsnifatı yenidən hazırlanıb. Təsnifat hazırlanarkən Ağdərə rayonunun yaradılması, Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi və digər son dəyişikliklər nəzərə alınıb.

 

Baş verən dəyişikliklərlə bağlı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov “İnformator.az”a açıqlama verib:

 

“Azərbaycan Respublikasının "Azərbaycan Respublikasının Ağdərə rayonunun
yaradılması haqqında 2023-cü il 5 dekabr tarixli 1043-VIQ nömrəli qanununa uyğun "İnzibati Ərazi Bölgüsü Təsnifatı"nda aşağıdakı dəyişikliklər edilib:

 

1. Təsnifata mərkəzi Ağdərə şəhəri olmaqla "Ağdərə rayonu" (kod: 61200001), bölməsi əlavə edilib;

 

2. "Ağdərə rayonu bölməsinə aşağıdakılar daxil edilib:

 

2.1. "Ağdam rayonu'nun Baş Güneypəyə kənd inzibati ərazi dairəsi tərkibindəki Baş Güneypəyə kəndi, Xatınbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Xatınbəyli kəndi, Məlikli kənd inzibati ərazi dairəsi tərkibindəki Məlikli və Qazançı kəndlərı, Orta Güneypəyə kənd inzibati ərazi dairəsi tərkibindəki Orta Güneypəyə kəndi, Sırxavənd kənd inzibati ərazi dairəsi tərkibindəki Sırxavənd, Ballıqaya, Bəşirlər və Qaraşlar kəndləri, Yeni Qaralar kənd inzibati ərazi dairəsi tərkibindəki Yeni Qaralar kəndi

 

2.2. "Kəlbəcər rayonu'nun Çərəktar kənd inzibati ərazi dairəsi tərkibindəki Çərəktar kəndi, Çıldıran kənd inzibati ərazi dairəsi tərkibindəki Çıldıran, Dəvədaşı və Mehmana kəndləri, Dovşanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Dovşanlı, Bazarkənd və Hayad kəndləri, Heyvalı kənd inzibati ərazi dairəsi tərkibindəki Heyvalı və Yayıcı kəndləri, Həsənriz kənd inzibati ərazi dairəsi tərkibindəki Həsənriz kəndi, İmarət Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindəki İmarətQərvənd, Çapar və Zardaxaç kəndləri, Kolatağ kənd inzibati ərazi dairəsi tərkibindəki Kolatağ və Damğalı kəndləri, Qızılqaya kənd inzibati ərazi dairəsi tərkibindəki Qızılqaya və Yuxarı Oratağ kəndləri, Qozlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qozlu kəndi, Qozlukörpü kənd inzibati ərazi dairəsi tərkibindəki Qozlukörpü kəndi, Narınclar kənd inzibati ərazi dairəsi tərkibindəki Narınclar kəndi, Vəngli kənd inzibati ərazi dairəsi tərkibindəki Vəngli, Çormanlı və Şahmansurlu kəndləri;

 

2.3. "Tərtər rayonu'nun Ağdərə şəhər inzibati ərazi dairəsi tərkibindəki Ağdərə şəhəri,
Ağabəyyalı kənd inzibati ərazi dairəsi tərkibindəkı Ağabəyyalı kəndi, Canyataq kənd inzibati ərazi
dairəsi tərkibindəki Canyataq və Gülyataq kəndi, Çardaqlı kənd inzibati ərazi dairəsi tərkibindəki
Çardaqlı, Lüləsaz və Meqrelalay kəndləri, Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Çaylı, Suqovuşan və Təpəkənd kəndləri, Həsənqaya kənd inzibati ərazi dairəsi tərkibindəki Həsənqaya, Çiləbürt, Göyarx və Maralyansarov kəndləri, Kiçik Qarabəy kənd inzibati ərazi dairəsi tərkibindəki Kiçik Qarabəy kəndi, Qızıloba kənd inzibati ərazi dairəsi tərkibindəki Qızıloba, Seysulan və Yarımca kəndləri, Orta kənd inzibati ərazi dairəsi tərkibindəki Ortakənd, Çıraqlı və Dəmirli kəndləri, Şıxarx qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şıxarx qəsəbəsi, Talış kənd inzibati ərazi dairəsi tərkibindəki Talış kəndi, Ulu Qarabəy kənd inzibati ərazi dairəsi tərkibindəki Ulu Qarabəy kəndi, Umudlu kənd inzibati ərazi dairəsi tərkibindəki Umudlu və Zəylik kəndləri.

 

Azərbaycan Respublikasının "Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" 2023-cü il 5 dekabr tarixli 1044-VIQ nömrəli qanununa uyğun olaraq "İnzibati Ərazi Bölgüsü Təsnifatı"nda isə aşağıdakı dəyişikliklər edilib:

 

1. "Şuşa rayonu" bölməsinə daxil olan Malıbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Malıbəyli kəndi, Quşçular kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Quşçular və Aşağı Quşçular kəndləri, həmçinin "Şuşa rayonu" bölməsinə daxil olan Malıbəyli və Quşçular kənd inzibati ərazi dairələri "Xocalı rayonu" bölməsinə daxil edilib;

2. "Füzuli rayonu" bölməsinə daxil olan Veysəlli kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Veysəlli və Ağbaşlı kəndləri ləğv edildiyindən müvafiq bölmədən çıxarılıb;

3. "Cəbrayıl rayonu" bölməsinə daxil olan Sarıcalı kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Məzrə kəndi ləğv edildiyindən müvafiq bölmədən çıxarılıb;

4. "Laçın rayonu" bölməsinə daxil olan Köhnəkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Alıcan kəndi ləğv edildiyindən müvafiq bölmədən çıxarılıb”.

 

 

Azər Abuşov