Rayon İcra Hakimiyyətində qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərinin icra vəziyyətinə həsr olunan müşavirə keçirilib
Bölmə: Sosial › ,Tarix: 18:08 11.03.2024
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovun sədrliyi ilə Rayon İcra Hakimiyyətində səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərinin icra vəziyyətinə, eyni zamanda işin təşkili ilə bağlı səmərəliliyin artırılmasına həsr olunmuş müşavirə keçirilmişdir.
İnformator.az xəbər verir ki, Müşavirədə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın və SİƏD-lər üzrə nümayəndəliklərin məsul əməkdaşları, bələdiyyə sədrləri və rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Müşavirə zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq rayon ərazisində infrastruktur layihələrinin icra olunması, nəzərdə tutulan yeni abadlıq-quruculuq layihələri, mərkəz ərazilərin sanitar vəziyyətinin yüksək səviyyədə saxlanılması, qanunsuz tikinti işlərinin qarşısının alınması, vətəndaşların mənafeyinin qorunması istiqamətində aparılan ardıcıl işlərdən danışan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov verilən tapşırıqların vaxtında, düzgün və məsuliyyətlə icra olunması, vətəndaşlar tərəfindən daxil olan müraciətlərə operativ və qısa müddət ərzində baxılması üçün tədbirlərin həyata keçirilməsi, dövlət qulluqçularının məsuliyyətinin artırılması, eyni zamanda idarələrarası sənəd dövriyəsi zamanı uyğunsuzluq və çatışmazlıqlara yol verilməməsi istiqamətində ciddi tapşırıqlar vermişdir.