Balığın insan orqanizminə faydaları -AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 20:28 11.03.2024
Balığın insan orqanizminə faydalarından danışırıqsa, ilk növbədə sağlam balığın insan orqanizminə faydaları var. Sağlam balıqlar düzgün şərtlər altında ovlanmış, saxlanmış, daşınmış, bişirilmiş və süfrəyə təqdim olunmuş balıqlardır. Biz süni yemlərlə yemlənmiş, süni balıqlardan danışmırıq. Onların faydası təbii ki çox deyil".
Bu sözləri "informator.az"a açıqlamasında qida mütəxəssisi Ağa Salamov söyləyib. Onun sözlərinə görə, okean balıqları, çay və dənizdən tutulan balıqlar təbii ki daha faydalıdır və fosforla zəngindir:
"Bu balıqlar gözlərə faydalıdır. Və ya omega 3 var ki, bu da əvəzolunmaz yağ turşusudur. Bu da insan orqanizminə faydalıdır. Həftədə ən az 1 dəfə balıq yeyilməlidir. Balıq həm də yüngül zülaldır, ona görə də tez həzm olunur, mədədə ağırlıq yaratmır, qida dözümsüzlüyü yaratmır və rahat həzm olunur. Skumbriya, Farel kimi yağlı balıqların kürək hissəsində qara nahiyə olur. O hissə oliqamer zülalıdır. Bu da uşaqlarda boy artımına çox faydalıdır. Balıq alan zaman bəzi şeylərə diqqət etmək lazımdır. Əgər pulları dartan zaman çıxır əldə qalırsa köhnədir və ya qarnı şişibsə, bu qida zəhərlənməsinə səbəb ola bilər. Barmaqla toxunanda batıq özünü bərpa etmirsə, bu da köhnə olduğuna işarədir. Belə balıqları almamaq məsləhətdir. Yaxşı balıq gözü şəffaf, qəlsəmələri qırmızı, pulları tökülməyən balıqlardır".
Lalə Qafarova