Şagird məktəbə telefon gətirməlidirmi?-RƏY

Bölmə: Sosial › ,
Tarix: 23:31 11.03.2024

Artıq məktəblərdə dərs vaxtı telefonların yığılmasına başlanılacaq. Bəs şagirdin məktəbə telefonla gəlməsi nə dərəcədə doğrudur?

 

Sözügedən məsələ ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti Elçin Süleymanov bildirib ki, bu məsələ valideynlərin uşaqlarının təhlükəsizliyi üçün istədikləri nüansdır, amma bu təhsil sisteminin pozulmasına ciddi təsir göstərir:

 

"Bunun qarşısını almaq üçün iki cür yol var. Bəzi ölkələrdə məktəblərin maddi-texniki bazası ona imkan verir ki, şagirdlər üçün dolablar təşkil edir. Tədris zamanı telefonlar bu dolablarda saxlanılır. İkinci yolu isə smart olmayan telefonlardır. Bir çox ölkələrdə məktəblərə internetin çəkilməsinə məhdudiyyət qoyulur. Hətta dalğa qovan müəyyən qurğular yerləşdirilir. Bu nəinki məktəblərdə hətta universitetlərin auditoriyasında da tətbiq olunur. Bu məsələ məktəblinin davranış qaydalarına salınmalıdır və valideynlər ilə razılığa gəlinməlidir".

 

İlahə Həsənova