Ölkə ərazisində xüsusi karantin rejiminin müddəti niyə uzadıldı?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 23:50 11.03.2024
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Azərbaycan Respublikasının ərazisinində xüsusi karantin rejimi iyulun 1-i saat 06:00-a qədər uzadıldı. Bundan əvvəlki qərarla həmin müddət aprelin 2-si bitirdi.
Ölkə ərazisində karona riski nə qədər qalıb ki, karantin rejimi uzadılır?
Bu barədə “İnformator.az”a açıqlamasında infeksionist həkim Aydın Əliyev bildirir ki, bu mövzu bitib:
“Heç bir pandemiya yoxdur. Ancaq deyim olaraq saxlanılıb. Bu məsələ tibbi problemdən çox, siyasi məsələyə çevrilib. Ümumdünya səhiyyə təşkilatı da rəsmi elan edib ki, pandemiya bitib.”
Gülnisə Əfkari