Ölkədə daha bir korrupsiya-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 20:43 12.03.2024
2015-2020-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Ç.Mehdiyev külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və həmin pulları qanunsuz leqallaşdırmaqda ittiham edilir.
Bu Korrupsiyanın ölkə iqtisadiyyatına hansı zərərləri var ?
Büdcədən ayrılan vəsaitlərə necə nəzarət olunur ?
İqtisadçı ekspert Xalid Kərimli "informator.az"a açıqlamasında bildirib ki, bütün korrupsiyaların ölkəyə ziyanı var:
"Büdcə xalqın əmlakıdır.Büdcədən ayrılan vəsaitlərə aid dövlətin büdcə nəzarəti var. Lakin bunlardan yan keçilir. Hökumətin tenderlərə aid bəzi qayda-qanunları var ki, bu qaydalar çərçivəsində büdcəyə nəzarət olunur. Azərbaycan şəffaflıq nəzarətində geridə qalır, bu da ölkənin resurslarının səmərəsiz istifadəsinə gətirib çıxarır".
Zəhra Həsənova